Mühasibat uçotu və audit

Mühasibat uçotu və audit Mühasibat uçotuna dair hər şey!

QUDVİLQeyri-maddi aktivlər mövzusunda qarşımıza çıxan terminlərdən biri də qudvildir. Bu müəssisənin müştərilərinin müəs...
21/11/2021

QUDVİL
Qeyri-maddi aktivlər mövzusunda qarşımıza çıxan terminlərdən biri də qudvildir. Bu müəssisənin müştərilərinin müəssisə barəsindəki müsbət fikirləri, müəssisənin fəaliyyətindən məmnunluqları nəticəsində yaranır. Qudvil satın alına və müəssisə daxilində yarana bilər. Satın alınan qudvil müəssisənin satın alınması zamanı yaranır və maliyyə vəziyyəti haqqında hesabatda tanınır.
Daxili imkanlar hesabına yaradılmış qudvil isə 38 saylı MUBS-in 48-ci maddəsinin tələbinə əsasən tanınmır. Tanınmama səbəbi isə bunlardır:
1. Müəyyən oluna bilmə xüsusiyyəti yoxdur. Müəyyən oluna bilmə xüsusiyyəti dedikdə 2 məfhum nəzərdə tutulur: 1) müəssisədən ayrıla bilmə, müəssisədən asılı olmama, başqa sözlə satıla və yaxud dəyişdirilə bilmə; 2) hər hansı qanuni hüquq yaxud müqavilə nəticəsində yaranma;
2. Dəyərinin etibarlı müəyyən edilməsi üçün qiymətləndirmə meyarı yoxdur. Yəni hər hansı aktivi daxili imkanlar hesabına yaradan zaman onun ilkin dəyərinin müəyyən olunması meyarı var, ancaq daxildə yaradılan qudvildə belə bir meyar yoxdur.
Bu iki səbəb həmçinin digər qeyri-maddi aktivlərlə qudvil arasında əsas fərqləndirici amillərdir. Hətta bunun 3-cüsü də var. Qudvil uzun müddət ərzində yaranır, qeyri-maddi aktiv isə qısa müddət ərzində satın almaqla da əldə edilə bilir.

Bizi instagramdan da izləyə bilərsiniz: instagram.com/azemuhasib

Address

G***a

Website

Alerts

Be the first to know and let us send you an email when Mühasibat uçotu və audit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share