10/10/2026
📌 Tanış mənzərədir? Səhər çağı, isti qəhvə və noutbuk. iiko-nu açıb, dünənki hesabatı yükləyirsiz. Sonra digərini. Süni intellekt platformasına daxil olursuz, lazımi çatı tapıb, hesabatları yükləyir, sorğunuzu yazıb, zəruri konteksti təqdim edirsiniz. Cavab alırsınız, lakin onun yarısı yanlış olur, çünki süni intellekt sizin bir deyil, üç filialınızın olduğunu unudub. Hər şeyi yenidən başlayırsınız.
Və hər səhər eyni hal təkrarlanır. Restoranı idarə etmək əvəzinə, məlumatları bir pəncərədən digərinə köçürməklə məşğul olursunuz.
Kifayətdir. iiko-nun artıq AI köməkçisi var. O birbaşa sizin məlumatlarınızın içində yaşayır. Gəlirlərinizdən, sifarişlərinizdən, ofisiantlarınızdan və satış dinamikasından xəbərdardır. Ona heç nə izah etməyə ehtiyac yoxdur.
Yalnız soruşun:
✔️ Bu ayın gəlirlərini keçmiş ayla müqayisə et
✔️ Hansı modifikatorlar son 30 gün ərzində orta qəbzi artırıb?
✔️ Bu həftə ərzində ən yaxşı nəticə göstərən ofisiant kimdir?
✔️ Gündəlik satış dinamikasını göstər
Cavab saniyələr içində qarşınızda.
iiko veb-ofisinin istənilən bölməsində aşağı sağ küncündə yerləşən mavi rəngli süni intellekt (AI) köməkçisi simgəsini tapın! Sadəcə söhbətə başlayın və sualınızı adi dildə yazın. Haradan başlayacağınızı bilmirsinizsə, gəlir icmallarından tutmuş komanda fəaliyytətinin təhlilinə qədər müxtəlif mövzuları əhatə edən ən məşhur sorğuların hazır seçimi mövcuddur.
Maliyyə, satış və ya insan resursları (HR) kimi müxtəlif tapşırıqlar üçün ayrı-ayrı söhbətlər yaratmaq çox rahatdır. Bütün analitik məlumatları hər zaman əlinizin altında saxlamaq üçün vacib söhbətləri siyahının yuxarısına bərkidin.
Əlaqə:
Azerbaijan, Baku, AZ1075, A.Racabli str. 156, Penthouse 63
📞+99412 310 26 27
📞 +99450 380 88 24
📧 [email protected]
https://iiko.optima.az