Mühasibatlıq və vergi xidmətləri

Mühasibatlıq və vergi xidmətləri Karyeranızı bizimlə qurun.

08/05/2026

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası və davamlı inkişafın təmin edilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun əsas prioritetlərindən biri kimi müəyyən edilib. Fond bu ərazilərdə iqtisadi fəallığın artırılması, yeni biznes subyektlərinin formalaşması və mövcud təşəbbüslərin genişləndirilməsi üçün üç əsas maliyyə mexanizmi – birbaşa investisiya, zəmanət və subsidiya, eləcə də güzəştli kreditlər vasitəsilə kompleks dəstək göstərir.

Ətraflı: https://shorturl.az/QGcgT

24/02/2025

📢“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

ℹ️Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

📌Müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq.

💻Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

📩 Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

🏆 Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

📞 Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə “Whatsapp” üzərindən yazaraq müraciət edə bilərlər.

❗Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat və qaynar xətt 4 mart saat 11:00-a kimi aktiv olacaq.

20/02/2025

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

📅 25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.

🔗 Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

⚠️ Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

09/11/2024
Dərin hörmət və sevgi ilə anırıq.Allah rəhmət eləsin...
12/12/2021

Dərin hörmət və sevgi ilə anırıq.Allah rəhmət eləsin...

Novruz Bayramınız mübarək!
21/03/2020

Novruz Bayramınız mübarək!

Address

Vartashen

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+994506847141

Website

Alerts

Be the first to know and let us send you an email when Mühasibatlıq və vergi xidmətləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mühasibatlıq və vergi xidmətləri:

Share

Category