21/08/2026
📋 Debitor borcları: Satış var, bəs ödəniş?
Biznesdə satışların artması müsbət göstəricidir. Amma müştərilər ödənişlərini gecikdirirsə, bu artım biznes üçün likvidlik probleminə çevrilə bilər.
Məsələn, məhsul və ya xidmət artıq təqdim olunub, satış gəlir kimi qeydə alınıb, lakin vəsait hələ biznesin hesabına daxil olmayıb.
📌 Bu halda biznes faktiki olaraq müştərisini maliyyələşdirir.
Debitor borclarının artması:
🔹 pul axınına təzyiq yarada bilər;
🔹 cari ödənişlərin gecikməsinə səbəb ola bilər;
🔹 biznesin real maliyyə vəziyyətini olduğundan daha yaxşı göstərə bilər.
💡 Buna görə debitor borclarının məbləği ilə yanaşı, ödənişlərin gecikmə müddətini də mütəmadi izləmək vacibdir.
📩 Maliyyə uçotunun və debitor borclarının daha effektiv idarə olunması üçün Consulting Group-a müraciət edin.