Business Club Azerbaijan

Business Club Azerbaijan Business Club Azerbaijan gənclərin real fərdi inkişafına, biznes və işgüzar həyatına dəstək olan qurumdur. Xəritədə ünvan: goo.gl/1GIFhz

Business Club Azerbaijan gənclərin fərdi inkişafına və sahibkarlıq bacarıqlarının inkişafına dəstək göstərən qurumdur.

Əlaqə:
(050) 710-01-55
(012) 436-79-80

Ünvan: Murtuza Muxtarov küç. 188, 34 (Caspian Plaza ilə üzbəüz).

Uğurlu karyera inkişafı üçün 5 sadə məsləhətMənbə: Biznes&MiznesHər kəs işinin təhlükəsizliyinə can atır, yəni işlədiyi ...
04/03/2021

Uğurlu karyera inkişafı üçün 5 sadə məsləhət

Mənbə: Biznes&Miznes

Hər kəs işinin təhlükəsizliyinə can atır, yəni işlədiyi təşkilatda adətən yeni, daha stabil iş şəraiti yaratmaq istəyir ki, bununla da işinin təhlükəsizliyini təmin etmiş olur. Sərvət və imkanlar artdıqca biz bunun daha da arzusunda oluruq, təbii ki, buna nail olmaq üçün işdə irəliləmə bizə kömək edə bilər. Amma irəliləmə heç də həmişə asanlıqla başa gəlmir. Biz sizə bu yolda kömək ola biləcək 5 əsas məsləhət verə bilərik ki, bunlar da sizin əziyyətli yolunuzda lazım ola bilər.

Əgər sən həqiqətən də işində irəliləmək istəyirsənsə, ilk növbədə cari işini professional şəkildə öhdəsindən gəlməlisən. Həmçinin, hər gün işə bir neçə dəqiqə tez gəl, işdən gedəndə də bir neçə dəqiqə gec. Əgər sizdən hansısa səfeh və ya zahirən əhəmiyyətsiz görünən işi görməyi xahiş etsələr ona son dərəcədə qayğı ilə rəftar edin. Heç vaxt rəisinizə xəbər etmədən hansısa işi öz öhdənizə götürməyin. Əgər rəhbəriniz bunu görməsə də, kimdənsə eşidə bilər və bu onda mənfi təəsürat yarada bilər.

İkinci məsləhət odu ki, siz rəhbərliyinizdə olan şəxslərin həqiqətənmi, sizi yaxınlarında görmək arzularının olduğundan əmin olmalısınız. Elə edin ki, onların sizin karyera məqsədləriniz haqqında məlumatları olsun. Onlara yalnız bir dəfə deyil, çox zaman ayırın ki, bunu unutmasınlar. Əgər onlar sizin məlum pozisiyada irəliləmək fikrində olduğunuzu bilməsələr, təbii ki, güvənilir birini başqa yerdə maraqlanacaqlar. Çünki sizin direktorunuza ola bilər ki, bu pozisiya ilə bağlı bir çox insanlar müraciət etsin və ya ona təklif olunsun və o sizin bu barədə fikriniz olduğunu bilməsin. Əgər ona bildirsəniz bu dəfə də olmasa növbəti vakansiyada mütləq sizi dəyərləndirəcək. Çünki ağlında qalmış olacaqsınız.

Üçüncü məsləhət: Əgər siz öz namizədliyinizi irəli sürdüyünüz və seçilmədiyiniz halda mütləq sizdən müsahibə götürəndən və ya bu işdə məsul olan şəxsdən seçilməmə səbəbini soruşun və gələcəkdə seçilə bilmək üçün nə edə biləcəyinizi ondan öyrənin. Bu sizə şans ola bilər ki, səhvlərinizi düzəldərək daha eyni hərəkətləri təkrar etməzsiniz və həqiqətəndə irəliləmək istəyirsinizsə, sizdən tələb olunan kriteriyalara riayət edəcəksiniz.

Dördüncü məsləhətsə, pozitiv, ruhlandırıcı bir şəxs olmağınızın tövsiyə edilməsidir. Elə edin ki, ətrafınızdakı insanlar daima sizin ətrafınızda işləmək həvəsində olsunlar. Həmişə onlara kömək etməyə çalışın. Geri çevirməyə tələsməyin. Ətrafınızdakı işçilərin də yüksəlməsinə, hər hansı bir işi yaxşı görə bilmələri üçün çalışın və öyrədin. Onda həmçinin onların gözündə bir lider kimi də formalaşacaqsınız.

Sonuncu məsləhətimiz, məsuliyyətli, etibarlı, tamamilə inanılmağa layiq olan biri olmağı özünüzdə formalaşdırmağınızdır. Çalışın əlavə işləri də, görməyi bacarasınız, hətta bu sizin işinizə aid olmasa belə.
İrəliləmə üçün imkanlar sonsuzdur. Əsas odur ki, işlərinizi elə qurun və məqsədlərinizi elə tənzimləyin ki, onlara xoş getsin. Əgər ilk pozisiyada seçilmədinizsə təslim olub ruhdan düşməyin. Daha çox öyrənin və özünüzü inkişaf etdirin. Öz mövqeyində pozitivsənsə, işində möhkəmsənsə əmin ol ki, nə vaxtsa sənin arzuların gərçəkləşəcək və sənin üçün mükəmməl imkanlar yaranacaq.

Daha çox faydalı məqalə üçün Biznes&Miznes izləyin :)

İngiltərənin ən yaxşı 5 biznes-məktəbiMənbə: Biznes&MiznesBiznes məktəbini seçdiyimiz zaman əsas meyar-işəgötürənlərin t...
24/02/2021

İngiltərənin ən yaxşı 5 biznes-məktəbi

Mənbə: Biznes&Miznes

Biznes məktəbini seçdiyimiz zaman əsas meyar-işəgötürənlərin təhsil ocağına olan etibarlığın dərəcəsidir. Etibarlılığın dərəcəsini isə bu biznes-məktəbi ilə əməkdaşlıq edən şirkətlərin sayı ilə müəyyən olunur. Hər bir təhsil müəssisənin internet saytında bu haqda məlumat tapa bilərsiniz. Bundan başqa, namizədlərin hansı qrupuna aid olduğunuzu bilməyiniz vacibdir.

Böyük Britaniyada dünyanın digər bir çox ölkəsində olduğu kimi, vahid qiymətləndirmə sistemi yoxdur. Bu materialdakı məlumatlar The Guardian informasiya agentliyi tərəfindən tərtib edilmiş reytinqindən götürülüb.

Siyahı The National Student Survey -dən alınan nəticələrə əsasən tərtib olunub və özündə bir müəllimə düşən tələbələrin sayı, qəbul olma meyarları, məzunların karyera müvəffəqiyyəti və digər meyarları nəzərə almışdır.

Kursun qiyməti Avropa İttifaqına daxil olmayan ölkələri nəzərdə tutub hesablanıb. Aİ vətəndaşları üçün isə qiymətlər daha aşağıdır.
Eyni zamanda, materialda UCAS (İngiltərədə tələbə qəbulu üzrə xidmət) sistemi üzrə balların ortalaması hesablanıb.

1. Oksford Universiteti

Təhsil haqqı: $31 757 – $44 496

UCAS sistemi üzrə orta qəbul balı: 232

Oksford universiteti- dünya üzrə ən yaşlı ingilisdilli universitetlərdən biridir. Böyük Britaniyada fəaliyyət göstərən digər universitetlər kimi o da, həmçinin, müxtəlif məktəblər üzrə bölünür. Said Business School dünyanın ən savadlı namizədlərini yığır.
İqtisadiyyat və idarəçilik proqramı, İngiltərənin Oksford universitetində birinci yer tutur.

2. Sent-Endryu Universiteti

Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $26 395
Təhsil haqqı (magistr dərəcəsi üçün): $21 938

UCAS sistemi üzrə orta qəbul balı: 212

Hələ XVI əsrdə əsası qoyulmuş bu universitet, Şotlandiyanın ən yaxşı universitetlərindən biridir. Göstəricilərinə görə Böyük Britaniyada üçüncü yer, biznes-proqramlarına görə isə ikinci yer tutur.

3.Uorik universiteti

Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $30 014
Təhsil haqqı (magistr dərəcəsi üçün): $35 602 – $50 036

UCAS sistemi üzrə orta qəbul balı: 188
Müqayisədə daha gənc, lakin artıq məşhur olmuş bu universitetin əsası 1961-ci ildə qoyulub. Əsas kampus Birminhem yaxınlığında, sakit bir yerdə yerləşir. MBA kursu isə Londonun mərkəzində, ən məşhur The Shard binasında tədris olunur.
Universitet özündə 15 bakalavr kursunu əhatə edir və reytinq üzrə üçüncü yer tutur.

4. Bat Universiteti

Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $23 725
Təhsil haqqı (magistr dərəcəsi üçün): $21 288

UCAS sistemi üzrə orta qəbul balı: 187

Bristol və Kardiff-ə yaxın yerləşmiş digər bir gənc universitet. Avropanın menecment inkişaf fondu, bu universitetin biznes-məktəbinə 5 illik akkreditasiya verib. Universitetin rəsmi saytında qeyd olunur ki, dünya üzrə biznes-məktəblərin yalnız 1% bu akkreditasiyanı ala bilmişdir.
Universitet 8 bakalavr kursuna malikdir. Məzunların 77% altı ay ərzində iş tapıb və ya öz təhsilini davam etdiriblər.

5. Lafboro Universiteti

Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $22 439
Təhsil haqqı (magistr dərəcəsi üçün): $23 393 – $36 531

UCAS sistemi üzrə orta qəbul balı: 164
Bu universitetin elm mərkəzi, İngiltərə üzrə ilk onluğa daxildir. Loughborough School of Business and Economics 30 müxtəlif proqrama, 4 tədqiqat mərkəzinə malik olmaqla yanaşı, üç dəfəlik akkreditasiya ilə təsdiq olunmuşdu.

İnsanlar niyə öz bizneslərini qururlar?Guidant Financial və Kiçik Biznes Trendləri İttifaqı (Small Business Trends Allia...
22/02/2021

İnsanlar niyə öz bizneslərini qururlar?

Guidant Financial və Kiçik Biznes Trendləri İttifaqı (Small Business Trends Alliance, SBTA) tərəfindən keçirilən illik sorğunun nəticələrinə insanlar əsasən öz işinin sahibi və öz-özünün rəhbəri olmaq üçün şəxsi biznes qururlar.

Mənbə: Biznes&Miznes
Araşdırmanın detalları üçün keçid:
https://www.facebook.com/biznesmiznes/photos/a.126094865785445/259616452433285/

Biznes plan nədir və necə hazırlanır?Biznes plan nədir? – sizin iş məqsədinizi, yeni məhsul və xidmətlərinizi, yaxud gör...
20/06/2020

Biznes plan nədir və necə hazırlanır?

Biznes plan nədir? – sizin iş məqsədinizi, yeni məhsul və xidmətlərinizi, yaxud görəcəyiniz işin uğurlu alınması üçün konkret strategiyanızı və müfəssəl və dəqiq şəkildə təsviridir.

Bazar iqtisadiyyatı dövründə məqsədiniz yeni bir şirkət yaratmaq, və yaxud mövcud bir korporasiyanı daha da genişləndirmək üçün siz biznes plan hazırlamaqla öz fikrinizi və məqsədinizi hərtərəfli qiymətləndirmək şansı əldə edərək, qarşınıza çıxacaq çətinlikləri və maneələri idarə etməyə imkan verən yol xəritəsi hazırlamaqla əvvəlcədən gözlənilən problemlərin və risklərin qarşısını almış olacaqsınız.Biznes plan tərtib edilərkən ilk səhvlərdən biri plan tərtibatçıları uzun illəri özündə ehtiva edən maliyyə göstəricilərinə-yəni rəqəmlərə daha çox yer ayırır,ancaq potensial investorların maraqları üçün əhəmiyyət kəsb edən məlumatlara isə daha az yer verilir.

Biznes plan üçün əsas 3 faktor

Biznes plan hazırlanarkən plan özündə həlledici əhəmiyyətə malik 3 faktoru ehtiva etməlidir:

İnsan faktoru biznesə başlayacaq və davam etdirəcək komanda. Həmçinin biznesin inkişafına kənardan dəstək verəcək investor və digər maraqlı şəsxlər.

İmkanlar biznesin məqsədi və istiqamətini düzgün müəyyənləşdirmək, bazarın doğru və düzgün araşdırılması,rəqiblərin müəyyənləşdirilməsi,rəqabət qabiliyyətliyin müəyyən edilməsi

Risk və qazanc gəlir və xərclər smetasının düzgün yazılması,hansı müddətdən sonra mənfəətin əldə edilməsi,Risklərin müəyyənləşdirilməsi.

Yuxarıda qeyd edilən xüsusi əhəmiyyətə malik 3 faktoru qeyd etdikdən sonra biznes planın strukturunu hazırlaya bilərik. Planın strukturu adətən giriş hissəsi qısa icmal və biznesin ümumi təsviri kimi başlayır,əsas hissədə isə daha dərin və xüsusi izahlarla davam edir.Son hissədə isə konkret və dolğun məlumatlara və detallara yer ayrılır.

Biznes plan aşağıdakı strukturu özündə ehtiva etməlidir:

Bura biznesin adı, sizin adınız, soyadınız və əlaqə məlumatları qeyd edilməlidir.

Mündəricat.

Özündə ehtiva edəcək mövzuların siyahısı.

Ümumi İcmal.

İdeyanın nədən ibarət olduğunu,məqsəd və vəzifələrini, prioritet istiqamətlərini və ən əsası ideyanın missiyası, yəni biznesin nədən ibarət olması və onun gələcək inkişafı barədə məlumat verilməlidir.Həmçinin mümkün gözlənilən və gözlənilməyən risklərin gözdən keçirilməsi, tələb olunan vəsaitin müəyyənləşdirilməsi və bazarda rəqiblərin təklif etdikləri məhsullardan fərqləndirən rəqabət üstünlükləri barədə ümumi icmal olmalıdır. Bu punktda qeyd olunan məlumatlar aydın və dolğun olmalıdır ki, həm rəyçiləriniz planı oxumaqda həvəsləndirilmiş olsun , həm də investor bu hissəni oxuduqdan sonra sizin ideyanız və məqsədiniz barədə ümümi məlumatı olsun. Vaxtı az olan investorlar bəzən bu məlumatlarla kifayətlənir ki, sizə investisiya etmiş olsun.

Bazarın təhlili.

Biznes plan qurulan zamanı siz hədəf müştəriləriniz kim olduğunu,onların sayını,hansı sürətlə artım dinamikasını müəyyən etmiş olmalısınız. Gələcək alıcılarınızın kim olduğu, onların nə üçün sizin xidmətinizdən yararlanacağı və onların ehtiyaclarının nədən ibarət olduğu qeyd olunmalıdır. Həmçinin bazarı təhlil edərkən onun coğrafi mövqeyi və yerləşdiyi ərazi təhlil edilməlidir. Sizinlə eyni xidməti göstərən şirkətlərin sayı və bazardakı payı araşdırılmalı və sizin məhsul və ya xidmət ilə onların göstərdiyi xidmət arasındakı oxşar və fərqli cəhətlər qeyd edilməlidir.

Marketinq planı.

Marketinq planı hazırlanan zaman məhsul və ya xidmətlərinizi necə satmaq istədiyinizi,müştəriləri cəlb etmək üçün hansı həvəsləndirici addımların və kompaniyaların təfərrüatları barədə məlumat verilməlidir. Marketinq plan zamanı satışların necə aparılması, müştəri məmnuniyyəti və sədaqəti qazanmağın yolları nümayiş etdirilməlidir. İnvestorlara istədiyniz satış hədəflərinə çatmaqda düzgün yazılmış markenting strategiyanızın sizə necə kömək edəcəyi barədə ətraflı məlumat vermək lazımdır. Marketinq kompleksi-marketing hədəflərinə necə çatacağınızı təsvir edən vasitədir. Kompleks hazırlanarkən sizin hədəf bazarınız,məhsullarınızdan müştəriləri necə xəbərdar etmək,müştəri loyallığını stabil saxlamaq, müştəriləri sizin məhsul və xidməti əldə etməyə sövq,məhsullara qoyulacaq qiymətlərin düzgün hesablanması,rüblük,yarımillik və illik satış hədəfləriniz və həmin hədəflərə çatma vaxtınız qeyd edilməlidir. Marketinq kompleksi hazırlanərkən ənənəvi dördlük əks etdirilməlidir ki, buraya məhsul və ya xidmətiniz, qiymət strategiyanız, coğrafi məkanınız, təbliğat kompaniyanız daxildir.

Maliyyə planı.

Maliyyə planı şirkətinizin indiki və gələcək proqnozlarını özündə ehtiva edir. Maliyyə planı yazılarkən nə qədər p**a olan ehtiyacınızı,investorlardan olan gözləntilərinizi, əldə edəciyiniz pulun hansı istiqamətlərə xərcləyəcəyinizi əhatə etməlidir. Həmçinin planda mənfəət və zərər haqqında hesabat və gələcək 3-5 ilə olan proqnozlarınız qeyd olunmalıdır. Əlavə olaraq sabit və dəyişən xərcləriniz, satışın artım dinamikası öz əksini tapmalıdır. Maliyyə risklərini müəyyənləşdirərək investorlara iflas və ya proqnozlaşdırılan gəlirlilik dərəcəsinə çatmaq ehtimallarını qısa olaraq qeyd edə bilərsiniz. İnvestorlara maliyyə rentablliyi barədə məlumat verilməlidir. Maliyyə rentabilliyi ana şirkətin təyin etdiyi baryerdeən çox olmalıdır ki, investorların investisiya etmək həvəsləri daha da yüksək olsun. Onlar da öz növbəsində mümkün risklərdən sığortalanmaq üçün daha yüksək rentabillik tələb edəcəklər.

Rəhbərlik haqqında məlumat.

Doğru seçilmiş komanda olmadan heç bir biznes uğulu ola və reallaşdırıla bilməz. Komanda üzvləri məlumat və onların tərcümeyi-halı biznes planın əlvəsində mütləq qeyd edilməlidir. Heyətin peşəkar fəaliyyəti, onların təcrübəsi, həyata keçirdikləri layihələr, qazandıqları nailiyyətlər, biznesə dair bilgiləri, bacarıqları, biznes dünyasında malik olduqları imicləri barədə məlumatlar qeyd edilməlidir. Həmçinin onların vahid komanda altında toplaşmağın səbəbi, onların layihəyə həvəsləndirmənin nə olduğu vurğulanmalıdır. Komandaın güclü və zəif cəhətləini göstərməklə investorlara nə qədər peşəkar olduğunuzu sübut etmiş olacaqsınız.

Əlavələr:

Bu punkt son olaraq investorlara fundamental olmayan məlumtları çatdırır. Həçmçinin yaxşı olardı ki,sonluq olaraq qarşıda yarana biləcək hər hansı riskləri və gözlənilməz probləmlər üçün özünüzə yer saxlayın. Özünüz üçün aydın və dolğun inkişaf mərhələləri qeyd edin və qrafiklər hazırlayın.

Biznes planın tərtib edilməsi aydın məqsəd və məsuliyyət tələb edir.Yaxşı olardı ki, planı bir neçə hissələrə bölüb özünüzə deadlinelər qoyaraq həll edəsiniz. Çalışın ki, iş prosesində plana daxil etməyə əlavə məlumatlar,investorlar,biznes tərəfdaşları tapın.Onlar ilə məsləhətləşmələr aparın.İdeyalarınızı müzakirə edərək plandakı boşluqları və potensial təhlükələr barədə onların fikrini soruşun.Sonra isə planda lazımı dəyişiklikləri aparın.

Biznes Plan haqqında ən çox verilən suallar:

Biznes plan nedir?

Biznes plan nedir və nə kimi müsbət təsirlərinin olduğunu yuxarıda hazırladığımız mətndə tam olaraq qeyd edilib. O sizin biznesinizin təməlidir və bu təməl düzgün qoyulmalıdır.

Biznes plan hazırlanarkən ən vacib şeylər nələrdir?

İnsan faktoru, imkanlar, risk və qazanc kimi önəmli faktorlara diqqət etməlisiniz. Biznes plan hazırladıqda peşəkarlardan yardım almalısınız.
Müəllif: Elvin Hüseynov (Peşəkar təlimçi)

Biznesdə böyümə: intensiv yoxsa ekstensiv?*Qeyd: Əgər biznes, şəxsi və peşəkar inkişafla maraqlanırsınızsa, sizə yeni Bi...
17/06/2020

Biznesdə böyümə: intensiv yoxsa ekstensiv?

*Qeyd: Əgər biznes, şəxsi və peşəkar inkişafla maraqlanırsınızsa, sizə yeni Biznes&Miznes səhifəsini də izləməyi tövsiyyə edirik.

Ötən əsrin 40-cı illərindən başlayaraq kapitalist ölkələrinin biznes sahəsində belə deyim meydana gəlmişdi ki, ya öləcəksən ya da böyüyəcəksən. Bu şuar biznes sahəsini daha da təkmilləşdirilməsinə, azad və rəqabətli bazar iqtisadiyyatının inkişafına səbəb oldu.

Müasir dönəmdə isə biznes sahəsi artıq fərqli sferada inkişaf etdiyi üçün bu deyim “ya rəqabətdə uduzub bazarı tərk edəcəksən, ya da daha da böyüyüb nəhəng koorporasiya olacaqsan” şüarı ilə əvəz edilibdir. Biznesdə böyüyərkən ilk öncə hər bir sahibkar öz-özünə bu sualları verməlidir:
1. Biz nə üçün böyüməliyik?
2. Biz necə böyüməliyik?
3. Biz nə qədər böyüməliyik?

Bu üç suala cavab tapmaqla sizin böyüməklə bağlı qarşıya qoyduğunuz strategiyanın demək olar ki, 50-60%-ni artıq tamamlamış olacaqsınız.

21-ci əsrdə biznesdə durğunluq yaşayan və inkişaf etmək niyyəti olmayan sahibkarlar və biznesmenlər mütləq dərəcədə zamanla bazardan tamamilə çıxmış olacaqlar. Uğurlu biznesmenlər düzgün bazar araşdırmaları edərkən strateji inkişafla bağlı xüsusi punktlara qarşı daha diqqətli olurlar ki, məhz həmin punktlarda qeyd edilən məsələlər və istiqamətlər onların gələcək inkişafına xüsusi töhvə verəcəkdir. Həmin strateji inkişafı təyin edərkən aşağıda qeyd edilən məsələlərə diqqət etmək lazımdır.

1. Yeni müştəri bazasına müraciət etmək.
Sizin atacağınız bu addım zamanla sizə yeni-yeni müştəri qazandırmış olacaq ki, məhz bu da sizin bazarda rəqabətliliyin inkişafına və bazar dəyərinizin yüksəlməsinə səbəb olacaqdır.Bu yol sizin əlavə gəlir mənbəyinizi daha da artıra bilər.

2. Yeni məhsul yaratmaq.
Bu metod digərlərinə nisbətən daha çox risk almağınıza səbəb olmmasına baxmayaraq,biznesin inkişafında və böyüməsində xüsusi önəm daşıyır.Məhsullarınızı diversifikasiya edərək daha çox müştəri portfelinə çatıb və satışlarınızı daha da artıra bilərsiniz.Bu zaman mütəq dərəcədə müştəri trendlərini izləmək lazımdır ki,təqdim edəcəyiniz məhsul bazarda tələbat yaratmış olsun.Bu üsul həmçinin biznesdə ekstensiv inkişafa da səbəb olan amillərdəndir.

3. Texnoloji yeniliklər.
Müasir biznesi texnologiyasız təsəvvür etmək çox çətindir.Texnologiya həyatımızın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı,biznesin də ayrılmaz tərkib hissəsidir.Sözsüz ki,bazarda ən son texnoloji avadanlıqlara malik olan şirkətlər rəqib şirkətlərə qarşı daha dayanıqlı olacaqdır.

4. Düzgün yığılmış komanda.
Hər bir uğurlu sahibkarın arxasında sözsüz ki,bir komanda dayanır.Məhz həmin komandanın səyi və çalışqanlığı sahəsində biznes böyüyür,inkişaf edir. Bunun üçün daimə işçiləri motivasiya etməli və onların təhsilinə investiya etmək lazımdır.

Bəs biznesdə böyümə hər zaman faydalıdırmı?

Araşdırmalar göstərir ki, biznesdə böyümə bəzən faydasız və səmərəsiz olur ki, bu da zamanla biznesin müflis olması ilə nəticələnir. Xüsusilə biznesin ekstensiv inkişafı zamanı-yəni eyni vaxtda bir neçə fərqli biznes sahələri ilə məşğul olmaq daha çox risk yaratmış olur. Bəs biznes böyüyərkən bizi hansı çətinliklər gözləyir?

Biznesdə böyümə, gəlirinizin böyüməsidir.
1. Bazarın səhv qiymətləndirilməsi:Bəzən yeni sahəyə investisiya edən sahibkar köhnə biznesində olduğu kimi uğurlu ola bilmir. Keçmiş biznesində olan uğur sahibkarın özünə arxayın olmasına və yeni məhsul üçün bazarı daha araşdırmamağa gətirib çıxarır ki,bu da yeni biznesə investisiyanın ya az ya da çox qoyulması ilə sonlanır.Sonluq isə biznesin müflis olası ilə nəticələnir.

2. Stress və asılılıq artır: Biznes böyüyərkən sahibkar üçün həmin biznesləri idarə etməyə çəkdiyi stress və asılılıq daha da artmış olur.Məhz həmin stress və asılılıq düzgün qərarların verilməsində və strateji planlanmanın düzgün qurulmasında problemlər yaratmış olur.

3. Koorporativ ziddiyət: Yeni bizneslər yeni işçilərin qəbulunu tələb edir.Yeni gələn işçilərin köhnə işçilərə adaptasiya olması və köhnə işçilərin yeni gələnlərə qarşı mənfi emosiyaları şirkətin məhuldarlığını aşağı salmasına və məhsul keyfiyyətinin itməsinə səbəb olacaqdır.

4. Müştəri məmnuniyyəti azalır: “Ən yaxşı reklam Müştəri məmnuniyyəti olmasıdır” deyimi əbəs yerə deyilməyibdir.Məhz biznesi ayaqda saxlayan müştəri məmnuniyyətidir.Ancaq bir qədər uğur qazanmaq və böyümək illər ərzində qazanılmış məmnuniyyəti itirmək riskini artırır.Əvvəlki illərə nisbətən daha çox məhsul istehsal etmək onun keyfiyyətinin itməsi ilə nəticələnir ki, bu da müştəri məmnuniyyətini azaltmış olur.

5. Sahibkar və ya biznesmenin böyüməyə hazır olmaması: Biznesinizin inkişafı sizin şəxsi inkişafınızı qabaqlasa siz bir yerdə büdrəmiş olacaqsınz.Bəzən sahibkar işin içinə o qədər girir ki, biznesin nə qədər böyüdüyünü hiss etmir.
Müasir biznesdə böyümə daima hərəkət vəziyyətindədir. Bir yerdə dayanmaq və ya kortəbii inkişaf biznesinizin müflis olmasına səbəb olacaqdır. Düzgün qurulmuş strategiya və planlama, həmçinin doğru hesab edilən komanda uğurlu biznesin təməlidir.

Müəllif: Elvin Hüseynov (Peşəkar təlimçi)

NASA astronavtlarının illik əmək haqqları nə qədərdir? Yanğınsöndürən, polis və ya həkim olmaq istəyən bir çox uşaq astr...
31/05/2020

NASA astronavtlarının illik əmək haqqları nə qədərdir?

Yanğınsöndürən, polis və ya həkim olmaq istəyən bir çox uşaq astronavt olmaq arzusunda olur. Ancaq bu asan yol deyil, Astronavtlığa namizəd olmaq üçün əvvəlcə tələblərə uyğun olmalısınız. Seçildikdən sonra uyğun olmaq üçün ikiillik bir təlim və qiymətləndirmə müddətini başa vurmalısınız. Bununla bele bu, sizin kosmosa uça biləcəyiniz demək deyil.

NASA-da mülki astronavtların gəlir aralığı nisbətən genişdir. Başlanğıc əməkhaqqı ildə 66,000 dollardan çox başlayır. Təcrübəli astronavtlar isə ildə 144,566 dollar yuxarı qazana bilərlər.

Bir çox astronavtlar hərbçilərdən olduğu üçün onlarda hərbi xidmətdə olduğu kimi vəzifəyə uyğun maaş dərəcələri mövcuddur. Məsələn, bir polkovnik və ya kapitan 0-6 maaş dərəcəsində yer alır və səkkizillik xidmətdən sonra ayda 8,030 dollar və ya ildə 96,360 dollar qazanırlar. Onillik xidmət ayda 8,073 dollar və ya ildə 96,876 dollar maaş gətirir, 20 il isə ayda $ 10,295 və ya illik $ 123,540 səviyyəsinə yüksəlir. Briqada generalı rütbəsi ilə astronavtlar 0-7 maaş dərəcəsində yerləşir. Səkkizillik xidmətdən sonra ayda 9.906 dollar və ya ildə 118,872 dollar qazanırlar. 10 illik aktiv vəzifə müddətində, ayda $ 10,212 və ya ildə $ 112,544-ə qədər ödəmə artır. 20 illik xidmətlə hərbi maaş ayda 12,591 dollar və ya ildə 151, 092 dollardır.

Hərbi astronavtlar digər hərbi personallar kimi əlavə mükafatlara sahibdirlər. Baza maaşından əlavə, polkovnik və kapitanlara ayda təxmini 1,528 dollar, himayədarları ilə birlikdə ayda təxminən 1,845 dollar verilir. Briqada generalı və ondan yuxarı olan digər rütbəli şəxslər himayədarları olmadan ayda 1,667 dollar, himayədarlarla birlikdə 2050 dollar qazanırlar. Mülki astronavtlar bu üstünlüklərdən heç birini ala bilməzlər.

Təqaüdçü NASA astronavtı Col.Tim Creamer proqram üçün seçilmək şansı təxminən 0.7 faiz olduğunu söyləmişdir. Seçimlərdə əsasən mühəndislik, bioloji elm, fizika və ya riyaziyyat sahəsində çalışan və ən azı 3 illik iş təcrübəsi olan şəxslərə üstünlük verilir.

Respublika Günümüz Mübarək!
28/05/2020

Respublika Günümüz Mübarək!

Təsadüf nəticəsində ortaya çıxan icadlar.Günümüzdə istifadə etdiyimiz bəzi məhsullar və yeməklər başqa bir məqsəd üçün s...
26/05/2020

Təsadüf nəticəsində ortaya çıxan icadlar.

Günümüzdə istifadə etdiyimiz bəzi məhsullar və yeməklər başqa bir məqsəd üçün sınaq zamanı təsadüfən meydana gəlmişdir.

1. Mikrodalğalı soba

Percy Spencer adlı mühəndisin mikrodalğalı sobanı magnetron yayan mikrodalğalı ilə işlədiyi zaman şalvarının cibində olan şokaladın əriməsi nəticəsində kəşf etmişdir. Müharibəsi zamanı radarlar üçün istifadə edilən texnologiyaya bu gün hər evin mətbəxində görə bilərik.

2. X-Ray

1895-ci ildə Alman fiziki Wilhelm Roentgen, katod şüalarındakı adi təcrübələrdən birini edərkən otaqdakı bir flüoresan kartonun parıldadığını gördü. Bu karton və katod emitenti arasında ekran rolunu oynaya biləcək bir cisim yerləşdirən roentgen şüalarının bərk cisimlərdən keçə biləcəyini və bu radiasiya şüaları sayəsində aydın şəkillər yarada biləcəyini sübut etdi. X-Rayın kəşfinə görə fizika üzrə Nobel mükafatını aldı. İlk rentgen, Vilhelm Roentgenin həyat yoldaşına aiddir.

3. Saxarin

1879-cu ildə kömürün alternativ istifadəsinə dair araşdırmalar edən Constantin Fahlberg evə gələndə həyat yoldaşının peçenyelərini yedikdən sonra normaldan daha şirin olduğunu başa düşdü və həyat yoldaşından bunun səbəbini soruşarkən işdən sonra əllərini yumamadığını xatırladı. Tədqiqatları zamanı əllərinə bulaşan benzoik sulfinit buna səbəb olduğunu anladı və 1884-cü ildə saxarini patentləşdirdi.

4. Kartof çipsləri

1853-cü ildə New Yorkda bir restoranda aşbaz olaraq çalışan George Crum, qızardılmış kartofunu həmişə mətbəxə göndərərək, "xəmir kimi və duzsuz" olduğunu iddia edən müştərisinə qəzəbləndi və müştərisinə dərs vermək üçün kartofları incə doğladıqdan sonra onları parçalanacaq vəziyətə gələnə qədər qızartdı və üzərinə duz səpərək müştəriyə göndərmişdir.

Müştərilərinə dərs verməyi düşünən Crum, davamlı olaraq şikayətlənən müştəridən müsbət rəy aldıqda kartof çiplərinin kəşfini etdi.

5. Velcro lent

Ovlamaq üçün getdiyində Corc itinin xəzinə və corabına yapışan otları gördükdə onları mikroskop altında araşdırdı və mestral, parça və xəzə bağlanmış kiçik çəngəl kimi çıxıntıları gördü. Corc 1948 ilə 1955 arasında olan işləri nəticəsində 1955-ci ildə Velcro lentin patentini aldı.

Realme Narzo 10'un ilk partiyası 2 dəqiqədən ərzində satıldı.Bu yaxınlarda istifadəyə verilən Realme Narzo 10 istehlakçı...
22/05/2020

Realme Narzo 10'un ilk partiyası 2 dəqiqədən ərzində satıldı.

Bu yaxınlarda istifadəyə verilən Realme Narzo 10 istehlakçının böyük marağına səbəb oldu. Şirkətin baş CEO-su Madhav Sheth, smartfonun 70.000-lik ilk partiyasının 128 saniyədə bitdiyini açıqladı.

Realme Narzo 10 və Narzo 10A'nın mart ayında satışa çıxarılması planlaşdırıldı, ancaq koronavirus pandemiyası səbəbiylə buraxılış tarixi təxirə salındı. Mayın 18-də yalnız Narzo 10 modeli satışa çıxarıla bildi.

Realme Narzo 10, MediaTek Helio G80 çipsi ilə təchiz edilmişdir. Cihazın 4 GB operativ yaddaş və 128 GB daxili yaddaşı var. Ayrıca qeyd etmək lazımdır ki, HD + qətnamə ilə 6,5 düymlük ekran daşıyır.

Smartfonun arxa panelində 48 meqapiksellik əsas sensoru olan dörd kamera sistemi mövcuddur. 18 vat sürətli şarj ilə 5000 mAh batareya ilə təchiz edilmiş cihaz, Android 10 əsaslı Realme UI interfeysi ilə qutudan çıxır.

Realme Narzo 10-un qiyməti 158 dollardır. Daha sərfəli Realme Narzo 10A modeli 22 Mayda satışa təqdim ediləcəyi gözlənilir.

B2B-nin faydaları nələrdir? Bilindiyi kimi online bir əlaqəsi olan B2B, firmalarım 7/24 online mühitdə bir-birləri ilə ə...
25/03/2020

B2B-nin faydaları nələrdir?

Bilindiyi kimi online bir əlaqəsi olan B2B, firmalarım 7/24 online mühitdə bir-birləri ilə əlaqə saxlamalarına şərait yaratmaqdadır. Firmalar, iş vaxtı sonu vəya tətil kimi vəziyyətlərdə heç bir maneə olmadan, günün istənilən vaxtı ticarətlərinə dəvam etməkdədirlər. Başqa bir mövzuda, internetin təsiri nəticəsində, dünyanın hər-hansı bir nöqtəsindəki firmalarla əlaqə yaratmanın mümkünlüyü və digital mühitdə alış-veriş edilməsi artıq çox asandır. Bütün firmalar, online mühitdə, böyük bir bazar yeri məntiqi ilə məhsul və xidmətlərini sərgiləməyi davam etdirməkdədir.

Həmçinin, online mühitdəki multimedia (şəkil, video) imkanları da, B2B ticarətin ən əsas məslələri arasında olmaqla, imkan dairələri artırmaqdadır. Müəssələrin məhsul və xidmətlərinə istiqamətli, təqdimat videolarını, posterlərini, şəkillərini, online mühitdə yüklənməsi və qarşı tərəfdəki firmaın da bunlara nəzər yetirərək, qərar vermə mərhələsi keçirməkdədir.

B2B nədir adlı bu məqalədə, müəssələrin həyatına girən e-ticarət prosesinin, gələckdə də təsirini artıraraq davam edəcəyini çox rahat deyə bilərik. B2B edən müəssəsnin satışlarında və dolayısıyla qazanclarında artışlar daima olacaqdır. Firmalar, daxili və xarici bazarlarda əlçatanlıq sayəsində, həm bazarını müxtəlifləşdirəcək, həm də bazar payını artıracaqdır. Global bazarlarda yer almaq da firmalara, yeni təcrübələr əldə etməsinə fürsət yaradacaqdır.

B2B nə deməkdir? B2B, yəni biznesdən-biznesə, ingilis dilində “Business to Business” in baş hərflərini ifadə edir. Ümumi...
11/03/2020

B2B nə deməkdir?

B2B, yəni biznesdən-biznesə, ingilis dilində “Business to Business” in baş hərflərini ifadə edir. Ümumiyyətlə B2B dedikdə, qısaca bir firmadan digər firma arasında edilən e-tiracət (internet ticarəti) iş modeli deyə bilərik. B2B vasitəsilə firmalar, filialları, təchizatçıları və müştəriləri ilə B2B vasitəsilə əlaqəni yerindəcə və rahat şəkildə idarə edə bilirlər.

Buralarda, yerli vəya global ölçüdə olan satıcılar firmalar ilə alıcı firmalar, veb sayt üstündən B2B -nin əhəmiyyəti tərəfdaşlarla e-ticarət platformu üstündə görüşməkdədir. Bu platformalar, satılmaq istənən məhsulların vəya xidmətlərin online olaraq sərgiləndiyi yerlərdir.

Buradan, məhsul və xdmətlərlə əlaqəli qiymət vermə, təklif alıb-vermə kimi işlər həyata keçirilməkdədir. Alıcılar da, satıcılar da təklif edilən məhsulları və qiymətlərini qarşılıqlı müqayisələndirmə fürsəti tapmaqdadır.

İngiltərənin ən yaxşı 5 biznes-məktəbiBiznes məktəbini seçdiyimiz zaman əsas meyar-işəgötürənlərin təhsil ocağına olan e...
04/03/2020

İngiltərənin ən yaxşı 5 biznes-məktəbi

Biznes məktəbini seçdiyimiz zaman əsas meyar-işəgötürənlərin təhsil ocağına olan etibarlığın dərəcəsidir. Etibarlılığın dərəcəsini isə bu biznes-məktəbi ilə əməkdaşlıq edən şirkətlərin sayı ilə müəyyən olunur. Hər bir təhsil müəssisənin internet saytında bu haqda məlumat tapa bilərsiniz. Bundan başqa, namizədlərin hansı qrupuna aid olduğunuzu bilməyiniz vacibdir.

Böyük Britaniyada dünyanın digər bir çox ölkəsində olduğu kimi, vahid qiymətləndirmə sistemi yoxdur. Bu materialdakı məlumatlar The Guardian informasiya agentliyi tərəfindən tərtib edilmiş reytinqindən götürülüb.

Siyahı The National Student Survey -dən alınan nəticələrə əsasən tərtib olunub və özündə bir müəllimə düşən tələbələrin sayı, qəbul olma meyarları, məzunların karyera müvəffəqiyyəti və digər meyarları nəzərə almışdır.

Kursun qiyməti Avropa İttifaqına daxil olmayan ölkələri nəzərdə tutub hesablanıb. Aİ vətəndaşları üçün isə qiymətlər daha aşağıdır.

Eyni zamanda, materialda UCAS (İngiltərədə tələbə qəbulu üzrə xidmət) sistemi üzrə balların ortalaması hesablanıb.

Oksford Universiteti
Təhsil haqqı: $31 757 – $44 496

UCAS sistemi üzrə orta qəbul balı: 232

Oksford universiteti- dünya üzrə ən yaşlı ingilisdilli universitetlərdən biridir. Böyük Britaniyada fəaliyyət göstərən digər universitetlər kimi o da, həmçinin, müxtəlif məktəblər üzrə bölünür. Said Business School dünyanın ən savadlı namizədlərini yığır.

İqtisadiyyat və idarəçilik proqramı, İngiltərənin Oksford universitetində birinci yer tutur.



Sent-Endryu Universiteti
Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $26 395

Təhsil haqqı (magistr dərəcəsi üçün): $21 938

UCAS sistemi üzrə orta qəbul balı: 212

Hələ XVI əsrdə əsası qoyulmuş bu universitet, Şotlandiyanın ən yaxşı universitetlərindən biridir. Göstəricilərinə görə Böyük Britaniyada üçüncü yer, biznes-proqramlarına görə isə ikinci yer tutur.

3.Uorik universiteti
Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $30 014

Təhsil haqqı (magistr dərəcəsi üçün): $35 602 – $50 036

UCAS sistemi üzrə orta qəbul balı: 188

Müqayisədə daha gənc, lakin artıq məşhur olmuş bu universitetin əsası 1961-ci ildə qoyulub. Əsas kampus Birminhem yaxınlığında, sakit bir yerdə yerləşir. MBA kursu isə Londonun mərkəzində, ən məşhur The Shard binasında tədris olunur.

Universitet özündə 15 bakalavr kursunu əhatə edir və reytinq üzrə üçüncü yer tutur.

4. Bat Universiteti
Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $23 725

Təhsil haqqı (magistr dərəcəsi üçün): $21 288

UCAS sistemi üzrə orta qəbul balı: 187

Bristol və Kardiff-ə yaxın yerləşmiş digər bir gənc universitet. Avropanın menecment inkişaf fondu, bu universitetin biznes-məktəbinə 5 illik akkreditasiya verib. Universitetin rəsmi saytında qeyd olunur ki, dünya üzrə biznes-məktəblərin yalnız 1% bu akkreditasiyanı ala bilmişdir.

Universitet 8 bakalavr kursuna malikdir. Məzunların 77% altı ay ərzində iş tapıb və ya öz təhsilini davam etdiriblər.

5. Lafboro Universiteti
Təhsil haqqı (bakalavr dərəcəsi üçün): $22 439

Təhsil haqqı (magistr dərəcəsi üçün): $23 393 – $36 531

UCAS sistemi üzrə orta qəbul balı: 164

Bu universitetin elm mərkəzi, İngiltərə üzrə ilk onluğa daxildir. Loughborough School of Business and Economics 30 müxtəlif proqrama, 4 tədqiqat mərkəzinə malik olmaqla yanaşı, üç dəfəlik akkreditasiya ilə təsdiq olunmuşdu.

Address

Murtuza Muxtarov Küç. 188, 34 (Caspian Plaza Ilə üzbəüz)
Baku

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+994507100155

Website

Alerts

Be the first to know and let us send you an email when Business Club Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Business Club Azerbaijan:

Share