ANT Consulting

ANT Consulting 200+ şirkətə xidmət təcrübəsi ilə mühasibat, vergi və maliyyə sahəsində etibarlı tərəfdaşınız. Vergi və mühasibat xidmətləri

Kameral vergi yoxlaması sahibkarların ən çox qarşılaşdığı vergi nəzarəti formalarından biridir. Bu yoxlama zamanı vergi ...
11/06/2026

Kameral vergi yoxlaması sahibkarların ən çox qarşılaşdığı vergi nəzarəti formalarından biridir. Bu yoxlama zamanı vergi orqanı müəssisəyə gəlmədən, təqdim edilmiş bəyannamələrə, cari vergi ödəmələri haqqında arayışlara və vergi orqanında olan digər məlumatlara əsasən təhlil aparır.

Burada əsas məsələ yalnız yoxlamanın aparılması deyil, həm də müddətlərə və prosedurlara düzgün əməl olunmasıdır. Ümumi qayda olaraq, mənfəət və gəlir vergisi bəyannamələri üzrə kameral yoxlama 60 iş günü, digər bəyannamələr və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlar üzrə isə 30 iş günü müddətində aparılır.

Kameral yoxlama zamanı uyğunsuzluq aşkar edilərsə, vergi orqanı əlavə sənəd, məlumat və izahat tələb edə bilər. Bu mərhələdə verilən cavabların əsaslandırılmış, sənədlərin isə düzgün təqdim olunması sonradan yarana biləcək əlavə vergi hesablamaları və mübahisələrin qarşısını almaq baxımından vacibdir.

Vergi orqanından məktub və ya kameral yoxlama ilə bağlı bildiriş almısınızsa, məsələni gecikdirmədən peşəkar şəkildə təhlil etmək tövsiyə olunur.

ANT Consulting
Accounting • Tax • Consulting
🌐 www.antconsulting.az
📞 +994 10 310 15 55 | +994 10 310 25 55
✉️ [email protected]

27/05/2026
Vergi Məcəlləsinə dəyişikliklər – 2026🐟 Balıqçılıqla məşğul olanlar üçün vacib xəbər2026-cı ildən etibarən Vergi Məcəllə...
15/01/2026

Vergi Məcəlləsinə dəyişikliklər – 2026

🐟 Balıqçılıqla məşğul olanlar üçün vacib xəbər

2026-cı ildən etibarən Vergi Məcəlləsində balıqçılıq fəaliyyəti ilə bağlı 13.2.60-cı maddəyə mühüm dəyişiklik nəzərdə tutulur.

🔹 Balıqyetişdirmə fəaliyyəti artıq kənd təsərrüfatı fəaliyyəti kimi qəbul ediləcək.

Yəni əgər siz:

* balıq yetişdirirsinizsə,

* balığı özünüz kəsib,

* donduraraq satışa çıxarırsınızsa,

bu fəaliyyət kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sayılacaq.

❗ Nəzərə alın
* Balıq üzərində emal əməliyyatları aparılarsa (məsələn: konservləşdirmə, file istehsalı və s.), bu artıq kənd təsərrüfatı fəaliyyəti hesab edilmir.

* Eyni zamanda balıq kürüsünün istehsalı bu dəyişikliklərə daxil deyil.

Sadə dillə desək:

🧑‍🌾 Balıq yetişdirib → kəsib → dondurub satırsınızsa
➡️ kənd təsərrüfatı fəaliyyəti

🏭 Balığı emal edib yeni məhsul hazırlayırsınızsa
➡️ adi sahibkarlıq fəaliyyəti

📞 Bu dəyişikliklərin sizin fəaliyyətinizə necə təsir etdiyini dəqiq bilmək üçün ANT Consulting ilə əlaqə saxlaya bilərsiniz.

Vergini sonradan yox, indidən düzgün planlamaq daha sərfəlidir.

Uğur təkcə işlə deyil, ətrafında olan insanlarla da ölçülür!Yeni ofisimizin açılışında bizə dəstək olan dostlara minnətd...
07/05/2025

Uğur təkcə işlə deyil, ətrafında olan insanlarla da ölçülür!
Yeni ofisimizin açılışında bizə dəstək olan dostlara minnətdarlığımız sonsuzdur.

Yeni məkanda – eyni missiya ilə!Eyni güclü komanda və daha geniş imkanlarla xidmətinizdə!📍 H.Z.Tağıyev küçəsi 12A (2-ci ...
07/05/2025

Yeni məkanda – eyni missiya ilə!
Eyni güclü komanda və daha geniş imkanlarla xidmətinizdə!

📍 H.Z.Tağıyev küçəsi 12A (2-ci mərtəbə) - yeni konseptdə olan ofisimiz işinə başladı.
🔹 Vergi bəyannamələrinin təqdimatı
🔹 Mühasibat uçotu və hesabatlılıq
🔹 ƏDV və Gəlir vergisi üzrə məsləhətlər
🔹 Vergi optimizasiyası

"ANT Consulting" MMC – Maliyyə tərəfdaşınız.

Bugünkü diqqət, sabahın rahatlığıdır!
03/05/2025

Bugünkü diqqət, sabahın rahatlığıdır!

Mikro sahibkarlara 75% vergi güzəşti – Yeni dəyişiklik!2024-cü ildən Vergi Məcəlləsinə edilən dəyişikliklərlə mikro sahi...
24/04/2025

Mikro sahibkarlara 75% vergi güzəşti – Yeni dəyişiklik!
2024-cü ildən Vergi Məcəlləsinə edilən dəyişikliklərlə mikro sahibkar olan bəzi vergi ödəyicilərinə 3 işçi işə götürmədən gəlir (mənfəət) vergisindən 75% azadolma imkanı yaradılıb.

📌 Belə ki, əgər siz:
✔️ Proqramçı, dizayner, tərcüməçi
✔️ Reklamçı, jurnalist, hüquqşünas
✔️ Mühasib, maliyyə məsləhətçisi
✔️ Bələdçi, tədqiqatçı, müəllim, idman məşqçisi və ya sifariş çatdıran kuryersinizsə

və illik gəliriniz 45.000 manatdan azdırsa,
bu halda 3 işçi tələbi olmadan gəlirinizin 75%-i vergidən azad hesab ediləcəkdir! Yəni, qazancınızın sadəcə 25%-i vergiyə vəlb ediləcəkdir.

📞 Əlaqə: (010) 310 15 55, (010) 310 25 55
📍 Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 12 (1 saylı məktəbin qarşısı)
📌 ANT Consulting MMC – Vergi, mühasibatlıq və hüquqi məsləhətlərdə etibarlı tərəfdaşınız.



📣 "ANT Consulting" MMC – Peşəkar Vergi və Mühasibatlıq XidmətləriBiznesinizə fokulanaraq, inkişafı idarə edin. Vergi və ...
24/04/2025

📣 "ANT Consulting" MMC – Peşəkar Vergi və Mühasibatlıq Xidmətləri

Biznesinizə fokulanaraq, inkişafı idarə edin. Vergi və mühasibatlıq məsələləri üçün isə biz buradayıq!

📌 Vergi Xidmətləri:
📄 VÖEN qeydiyyatı və ləğvi
📊 Vergilərin hesablanması və optimallaşdırılması
📃 ƏDV, DSMF, Statistika bəyannamələrinin hazırlanması
📈 ƏDV-li əməliyyatların uçotu və əvəzləşdirilməsi
🧾 Elektron qaimələrin hazırlanması
⚖️ Vergi mübahisələrinin həlli
🚫 Kameral cərimələrin silinməsi
💰 Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbzin alınması

📂 Mühasibatlıq Xidmətləri:
📦 Anbar, kassa, debitor/kreditor uçotları
💳 Bank köçürmələrinin idarə olunması

📑 Mühasibat uçotunun aparılması
📋 1C Anbar proqramının quraşdırılması
💼 Malların geri qaytarılması prosedurları

👥 Kadr və İnsan Resursları
👨‍💼 İşçilərin işə qəbulu və işdən azad edilməsi
🧑‍💻 Əmək müqavilələrinin hazırlanması
📅 Məzuniyyət və iş qrafikinin tənzimlənməsi

🛠 Texniki Dəstək və Hüquqi Xidmətlər:
🖥 POS-terminal və Nəzarət Kassa Aparatının sifarişi
⚖️ Vergi və hüquq sahəsində digər xidmətlər

📞 Əlaqə: (010) 310 15 55
📞 Əlaqə: (010) 310 25 55

📍 Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 12A, 2-ci mərtəbə
(1 saylı tam orta məktəbin qarşısı)
📌 ANT Consulting – Bu günün və gələcəyin mühasibatlığı

Address

11A H. Z. Taghiyev Street
Xaçmaz
AZ2700

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when ANT Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share